Lionel Messi "Barselona"nın ona təklif göndərməməsindən narahatdır.
Lent.az xarici mediaya istinadla bildirir ki, insayder Jerar Romeronun sözlərinə görə, PSJ-nin hücumçusu əsəbidir, çünki o, keçən həftə gələcəyi ilə bağlı qərar vermək istəyirdi, lakin qeyri-müəyyənlik səbəbindən indiyə qədər bunu edə bilməyib.
Kataloniyalılar onunla qeyri-rəsmi danışıqlar aparır, halbuki heç vaxt rəsmi təklif olmayıb. Bu, klubun La Liqa ilə iqtisadi planı müzakirə edərək aradan qaldırmağa çalışdığı maliyyə məhdudiyyətləri ilə bağlıdır.
Hələ ki futbol rəhbərliyinin razılığını almaq mümkün olmayıb. La Liqa çərçivəsində növbəti müzakirə mayın 31-də baş tutacaq və bundan sonra 24 saat ərzində “Barselona” təmsilçiləri ilə əlaqə saxlanılacaq.
PSJ-nin futbolçusunun atası və agenti Xorxe Messi La Liqaya zəng edərək vəziyyəti aydınlaşdırmağa çalışsa da, cavab ala bilməyib. “Barselona” hər şeyin qaydasında olacağına əmindir.
Lionelin yaxın günlərdə yeni klubu ilə bağlı qərar vermək niyyətində olduğu bildirilirdi. Onun Premyer Liqa, Səudiyyə Ərəbistanı Liqası, MLS-dən təklifləri var.