PSJ-nin hücumçusu Lionel Messi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə ilk oyununu buraxa bilər.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumçu Fransa Kubokunda “Marsel”lə matçda dizindən zədə alıb.
İndi ulduz argentinalı fevralın 11-də “Monako” ilə Liqa 1 görüşünü mütləq buraxacaq.
Eyni zamanda, hücumçunun “Bavariya” ilə görüşdə iştirak edib-etməyəcəyi bəlli deyil. Bu oyun fevralın 14-də baş tutacaq.
Messi bu mövsüm bütün yarışlarda 25 oyuna çıxıb. O, 15 qol vurub, 14 məhsuldar ötürmə edib.