Məşhur futbolçuların sağlamlıq sirləri üzə çıxdı
24 noyabr 2022 11:51 (UTC +04:00)

Məşhur futbolçuların sağlamlıq sirləri üzə çıxdı

Norveçli hücumçu Erlinq Haaland Hannibal Lekter tərzində pəhriz saxlamağa üstünlük verir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunun idman dietoloqu Cess Hilliard deyib. O, məşhur futbolçuların formada və əqli cəhətdən sağlam qalmasının başqa yollarını açıqlayıb.

Hilliardın qeyd etdiyi kimi, futbolçular Lionel Messi və Kriştiano Ronaldo əbəs yerə dəniz yosunu həvəskarları deyil. Əzələlərin bərpası üçün lazım olan zülaldan əlavə, onların tərkibində yod və tiroid funksiyasını və libidonu (seksual istək-red.) qorumağa kömək edən bir çox qiymətli vitamin və minerallar var.

Ekspertin təsdiqlədiyi başqa bir sağlamlıq sirri, gənc norveçli futbolçu Erling Haalandın əla fiziki formasını qorumaq üçün izlədiyi Hannibal tərzi pəhrizidir. Menyusunun əsasını ürək və qaraciyər təşkil edir. Hilliard deyir ki, ürək ürək-damar sistemini gücləndirmək üçün lazım olan qidalarla zəngindir.
 
Qaraciyərin pəhrizə daxil edilməsi "pis" xolesterolu azaltmağa və "yaxşı" normada saxlamağa kömək edəcək ki, bu da insultun əla qarşısının alınmasıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956
avatar

Oxşar yazılar