Türkiyənin “Fənərbaxça” klubunun üzvü Mişi Batşuayi subaylığın daşını atır.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, 29 yaşlı belçikalı futbolçu nişanlısı Ameli Maria ilə evlənməyə hazırlaşır.
Cütlüyün artıq toy hazırlıqlarına başladıqları bildirilir. Bu məqsədlə onlar İstanbulda alış-verişə çıxıblar.
Qeyd edək ki, Belçika millisinin də şərəfini qoruyan Batşuayi bu mövsüm 22 oyunda 14 qol və 4 assistlə ilə yadda qalıb.