“Mançester Siti” qış fasiləsində 4 futbolçusunu satmaq qərarına gəlib.
Lent.az Apasport.az saytına istinadla bildirir ki, “şəhərlilər” əldə ediləcək gəliri yeni transferə ayıracaq.
Hücumçu Ferran Torresin “Barselona”ya keçidi gələn həftə rəsmiləşəcək. Premyer Liqa təmsilçisi eyni zamanda müdafiəçilər Pedro Porro, Ko İtakura və yarımmüdafiəçi Morqan Rocers üçün təklifləri dəyərləndirməyə hazırdır. Hər üç oyunçu hazırda başqa komandada icarədədır və onların satışı “şəhərlilər”ə ümumilikdə 22 milyon funt sterlinq qazandıra bilər.
“Mançester Siti” rəhbərliyi yanvarda Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın transferinə çalışacaq.