Mərakeş milli futbol komandasının futbolçuları Qətərdə keçirilən dünya çempionatı üçün bütün mükafat pullarını ölkənin yoxsul ailələrinə bağışlamaq qərarına gəliblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Xalid Beydun “Twitter”də yazır.
Dekabrın 18-də başa çatan turniri Mərakeş komandası dördüncü pillədə başa vurub. Bürünc uğrunda görüşdə afrikalılar Xorvatiya komandasına uduzub (1:2). “Associated Press”in məlumatına görə, mərakeşlilər dünya çempionatındakı çıxışlarına görə ümumilikdə 25 milyon dollar alıblar.
Beydun daha əvvəl xəbər verib ki, yarımmüdafiəçi Hakim Ziyeş kasıb mərakeşlilərə 325 min dollar pul mükafatını bağışlayıb.