Kilian Mbappe zəmanəmizin ən parlaq və uğurlu futbolçularından biridir və “Real”ın ulduzudur.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ancaq onun kiçik zəif cəhətləri də var - xüsusən də qastronomik olanlar.
Kilian Mbappe nə yeyir?
Məlum olub ki, fransalı hücumçunun sevimli yeməyi karbonara makaronudur. Mbappe dəfələrlə etiraf edib ki, o, bu yeməyə müqavimət göstərə bilmir və onu tez-tez restoranlarda sifariş edir.
Dörd klassik Roma makaronundan biri olan bu yemək (cacio e pepe, amatriciana və alla grica ilə birlikdə) yumurta, sərt pendir, pastırma və ya pancetta və bol qara bibərlə hazırlanır. Yeri gəlmişkən, əsl karbonara sousunda krem yoxdur və onun qaymaqlı konsistensiyası isti makaronu pendir-yumurta qarışığı ilə birləşdirməklə əldə edilir.
Karbonara ilə yanaşı, Kilian da spagetti bolonyası və pestolu makaron sevir, lakin etiraf etmək lazımdır ki, o, bu ləzzətli qidaları daha az qəbul edir. Adətən, onun rsionu ciddi şəkildə balanslaşdırılır: lazımsız qidalar olmadan, bol protein, tərəvəz və mürəkkəb karbohidratlarla.
Maraqlıdır ki, pəhriz intizamına baxmayaraq, Mbappe makaronu “şər” hesab etmir. Əksinə, düzgün hazırlandıqda (məsələn, adi ağdan daha çox lif, vitamin və mineral ehtiva edən tam taxıllı makaron ilə) Kilian kimi yüksək səviyyəli idmançılar üçün əla enerji mənbəyidir.
Rasion rekordları qırmağa kömək edirmi?
Bu yaxınlarda 26 yaşlı Mbappe artıq özünü "Real"ın tarixinə yazmağı bacarıb: ilk mövsümündə o, “Kral klubu”nun heyətində 53 oyunda 39 qol vurub. Beləliklə, Madrid klubunda debüt mövsümündə qol rekordu müəyyənləşdirib.
Fransız bu nailiyyətə İspaniya çempionatında "Real"ın "Barselona" ilə oyununda het-trik sayəsində nail olub. Bu göstəricidə Kilian 1992/93 mövsümündə 45 oyunda 37 qol vuran çilili İvan Samoranonu ötüb.
Xatırladaq ki, Mbappe 2024-cü ilin yay transfer pəncərəsində PSJ-dən “Real”a keçib. Onun Madrid klubu ilə müqaviləsi 5 illikdir. “Real”da o, ildə təxminən 30 milyon avro qazanır – kifayət qədər yüksək məbləğdir, lakin bu, digər komanda liderləri Cud Bellinqem və Vinisius Juniordan çox deyil.