Mbappe zədələndi: Bu gün  oynaya bilməyəcək
30 noyabr 2022 13:26 (UTC +04:00)

Mbappe zədələndi: Bu gün oynaya bilməyəcək

Killian Mbappenin dünya çempionatında qrup mərhələsinin son oyununu buraxmaq ehtimalı var. 

Lent.az bildirir ki, “RMC Sport”un məlumatına görə, hücumçu Fransa millisinin son məşqində zədələnib.

23 yaşlı futbolçu topuğunda diskomfort hiss edib və məşqi tərk edib. Bundan sonra hazırkı dünya çempionlarının baş məşqçisi Didye Deşam Mbappeyə Tunislə oyunda istirahət etmək imkanı vermək barədə düşünüb.

Xatırladaq ki, Fransa komandası çempionatdan əvvəl və yarış zamanı komandadakı bir sıra zədələrdən sonra artıq heyətdə ciddi problemlər yaşayır. Bundan əlavə, fransızlar qrupdan çıxmaq məsələsini əvvəlcədən həll ediblər. Ona görə də Mbappenin hətta ehtiyat oyunçular arasından da meydana daxil olmaq şansları son dərəcə azdır. Kilianın oyununu artıq pley-offda görmək olar.

Xatırladaq ki, Fransa bu gün, noyabrın 30-da Tunislə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Oxşar yazılar