Mbappe Çempionlar Liqasının  rekordunu yenilədi
07 dekabr 2021 22:41 (UTC +04:00)

Mbappe Çempionlar Liqasının rekordunu yenilədi

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Brüqqe" ilə oyunda qol vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, 22 yaşlı parisli hücumçu start fitindən 7 dəqiqə sonra dubl edib. Beləliklə, Çempionlar Liqasında vurduğu 30 qol hesabına turnirin rekordu qırıb. O, Çempionlar Liqası tarixində bu həddə çatan ən gənc oyunçu olub.

Mbappe planetin ən bahalı futbolçusudur. Onun bazar dəyəri 160 milyon avro olaraq qiymətləndirilir. O, həm də 2021-ci ilin “Qızıl top” mükafatına namizədlərdən biri idi.

Mbappe üç dəfə Fransa çempionatının bombardiri olub. PSJ ilə birlikdə 3 dəfə ölkə çempionu titulunu qazanıb.

O, Fransa millisinin tərkibində 2018-ci il dünya çempionatının da qalibi olub.

Qeyd edək ki, birinci hissədə parislilər "Brüqqe"nin qapısına 3 qol vurublar. Argentinalı Lionel Messi də fərqlənib.

# 2454
avatar

Oxşar yazılar