Boks üzrə ağır çəkili keçmiş şəksiz dünya çempionu Mayk Tayson (50-6) WBC-nin ağır çəki dərəcəsində çempionu Tayson Fyuriyə (33-0) keçmiş UFC ağır çəkili çempionu Fransis Nqannunu (0-0) qiymətləndirməyi tövsiyə edib.
“Hey, uğurların bol olsun, qardaş. Çox məşq edin, çünki sizi çətin gecə gözləyir!" – Lent.az xarici mediaya istinadən bildirir ki, Tayson deyib.
Fyuri və Nqannu oktyabrın 28-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində döyüşəcəklər. Döyüş 10 raunddan ibarət olacaq.