Ağır çəkidə keçmiş dünya çempionu, ulduz amerikalı Mayk Tayson sosial şəbəkələrdə əfsanəvi həmyerlisi Məhəmməd Əli ilə arxiv fotosunu yerləşdirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Tayson yazıb: "Ən böyük insanla ən sevdiyim fotolardan biri”.
Mayk Taysonun 57 yaşı var. Amerikalı peşəkar rinqdə debütünü 1985-ci ildə edib və artıq 1986-cı ilin noyabrında həmyerlisi Trevor Berbiki ikinci raundda nokaut edərək WBC ağır çəkili titulu uğrunda mübarizə aparıb. 1987-ci ilin martında Tayson həmyerlisi Ceyms Smiti yekdilliklə məğlub edərək WBC və WBA titullarını birləşdirib və sonra Toni Takerdən IBF kəmərini alaraq mütləq dünya çempionu olub.
Ümumilikdə “Dəmir” Maykın peşəkar boksda 50 qələbəsi (44-ü nokautla) və altı məğlubiyyəti var.