Maşın sürəndə telefonla danışdığına görə  cərimələnə bilər
29 mart 2023 19:20 (UTC +04:00)

Maşın sürəndə telefonla danışdığına görə cərimələnə bilər

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland 200 funt sterlinq cərimələnə bilər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Haaland mobil telefondan istifadə edərək avtomobil idarə edərkən görüntülənib. Böyük Mançester polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Əgər norveçli günahkar bilinərsə, o zaman yol hərəkəti qaydalarını pozduğuna görə onu 200 funt sterlinq məbləğində cərimə və 6 cərimə  balı gözləyir. Sürücülük təcrübəsi iki ildən azdırsa, sürücü bir müddətlik vəsiqəsini itirə bilər.

22 yaşlı hücumçu bu mövsüm "Mançester Siti"nin heyətində 37 oyuna çıxıb, 42 qol vurub və 5 məhsuldar ötürmə edib.


 

# 1572
avatar

Oxşar yazılar