"Marsel"in yarımmüdafiəçisi Dimitri Payet komandadan azad agent kimi ayrılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Payet 2017-ci ildən komandadadır. Bu, futbolçunun kluba ikinci gəlişi idi - o, artıq 2013-2015-ci illərdə "Marsel"də çıxış edib. Bütün müddət ərzində yarımmüdafiəçi klubda 326 oyun keçirib, 78 qol vurub və 95 məhsuldar ötürmə verib.