Manuel Noyerdən ŞOKEDİCİ ETİRAF:  “Xərçəngəm,  3 əməliyyat keçirmişəm”
02 noyabr 2022 16:01 (UTC +04:00)

Manuel Noyerdən ŞOKEDİCİ ETİRAF: “Xərçəngəm, 3 əməliyyat keçirmişəm”

Bundesliqa nəhəngi "Bavariya"nın təcrübəli qapıçısı Manuel Noyer azarkeşlərini şoka salan etiraf edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, xəstəliyinin davam etdiyini ilk dəfə açıqlayan qapıçı bu səbəbdən əməliyyat olunduğunu da bildirib. 

Çiynindən zədə alan və komandasının son oyunlarında meydana çıxa bilməyən ulduz qapıçının sözləri azarkeşlərini təəccübləndirib.

Noyer zədə səbəbindən son 7 oyunda meydana çıxa bilməyib. O, Çempionlar Liqasında "Bavariya"nın "İnter"i qəbul etdiyi oyunda komandasını tək buraxmalı olub.

Təcrübəli qapıçı ötən gün məşqlərə başlayıb.

Almaniya millisinin təcrübəli qapıçısı Manuel Noyerin dünya çempionatında çıxış edib-etməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. 

“Bavariya”nın baş məşqçisi Naqelsmann da qapıçının sağlamlıq durumu ilə bağlı açıqlama verib: "Onun vəziyyəti hələ də qeyri-müəyyəndir, yeni məlumat yoxdur. Proqnoz vermək istəmirəm”.

“Bild”də yayılan xəbərə görə isə, “Bavariya”nın ulduz qapıçısı Manuel Noyer dəri xərçəngindən əziyyət çəkir. 

36 yaşlı qapıçı özü də mediaya açıqlamasında dəri xərçəngindən əziyyət çəkdiyini təsdiqləyib: "Dərimdə günəşin yaratdığı hiperpiqmentasiya var. Bu dəri xərçəngidir. Bu səbəblərdən üç dəfə əməliyyat olunmuşam”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar