“Bavariya”nın yeni transferi Sadio Mane Almaniya Bundesliqasında yeni mövsümün ilk turunda “Ayntraxt”ın qapısına qol vurmaqla Münhen klubunda rekordu təkrarlayıb.
Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, seneqallı forvard son 10 ildə klubun ilk iki rəsmi matçında qol vuran birinci futbolçudur.
Mane bundan əvvəl Almaniya Superkubokunda “Leypsiq”lə görüşdə (5:3) də fərqlənmişdi. Ondan əvvəl Münhen klubunun heyətində ilk iki matçda qol vuran sonuncu oyunçu Mario Mandzukiç olub. Xorvatiyalı 2012-ci ildə “Bavariya”nın heyətində ilk 4 qarşılaşmada qol vurmağı bacarıb.
Qeyd edək ki, “Bavariya” “Ayntraxt”ı səfərdə 6:1 hesabı ilə məğlub edib.