“Mançester Yunayted”in sahibləri  klubu satmaqdan   vaz keçdi
21 iyul 2023 19:13 (UTC +04:00)

“Mançester Yunayted”in sahibləri klubu satmaqdan vaz keçdi

“Mançester Yunayted” bu yay sahibini dəyişməyə bilər. Xatırladaq ki, daha əvvəl deyilirdi ki, hazırda klubun hüquqlarına sahib olan Qleyzer ailəsi aktivdən yaxa qurtarmaq istəyir. İstənilən məbləği verən Qətərdən alıcı da tapılıb.

 Bununla belə, “qırmızı şeytanlar”ın sahibləri fikirlərini dəyişib və artıq komandanı satmağı planlaşdırmırlar, amma çox güman ki, onu özlərində saxlayacaqlar. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, jurnalist Mayk Kiqan bunu əmindir.

Məsələ burasındadır ki, Qleyzerlər satışdan ən azı 6 milyard funt-sterlinq əldə edəcəyini gözləsə də, təkliflərin heç biri bu məbləğə çatmayıb.

Amerikalı iş adamları məyusdur və “Mançester Yunayted”in satışını dayandırmağı düşünür.

Jurnalist iddia edir ki, “Mançester Yunayted” növbəti mövsümün startına qədər mütləq yeni sahibi əldə etməyəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar