"Mançester Yunayted"in  növbəti sahibi   Qətər şeyxi olacaq
13 iyun 2023 13:40 (UTC +04:00)

"Mançester Yunayted"in növbəti sahibi Qətər şeyxi olacaq

“Mançester Yunayted” futbol klubunun sahibi olan Qleyzerlər ailəsi ingilis komandasını Qətər şeyxi Casim bin Həməd Al Taniyə satmağa razılaşıb. 

Lent.az bildirir ki, bu barədə “Mirror” Qətər mətbuatına istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, bankirin təklifi digər variantları, o cümlədən Cim Retkliffi üstələyib. Bildirilir ki, “qırmızı şeytanlar”ın alqı-satqısı ilə bağlı rəsmi açıqlama tezliklə dərc olunacaq.

Xatırladaq ki, "Mançester Yunayted" 38 turdan sonra 75 xal toplayaraq 2022/2023 mövsümünü Premyer Liqanı 3-cü pillədə başa vurub. Mankunianlılar İngiltərə Kubokunun finalına çıxıb və burada "Mançester Siti"yə 1:2 hesabı ilə uduzub. Avropa Liqasında Erik ten Haqın yetirmələri 1/4 final mərhələsində "Sevilya"nı məğlub edə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1347
avatar

Oxşar yazılar