“Mançester Yunayted”dən  rekord ZƏRƏR:   RƏSMƏN AÇIQLANDI
23 sentyabr 2022 14:54 (UTC +04:00)

“Mançester Yunayted”dən rekord ZƏRƏR: RƏSMƏN AÇIQLANDI

Premyer Liqanın nəhəngi "Mançester Yunayted" 2021-2022 mövsümünü rekord itki ilə başa vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, "Mançester Yunayted" 2021-22 mövsümündə gəlirlərinin artmasına baxmayaraq 115,5 milyon funt sterlinq itirib.

Klubdan verilən açıqlamada, 2021-22 maliyyə ilində klubun gəlirinin 18 faiz artaraq 538,2 milyon sterlinə yüksəlməsinə baxmayaraq, 115,5 milyon sterlin xalis zərərin olduğu bildirilib.

Böyük Britaniya təmsilçisinin borcu əvvəlki illə müqayisədə 95,4 milyon artaraq 514,9 milyon sterlinə çatıb. 2021-ci ilin yayında “Mançester Yunayted” Kriştiano Ronaldo, Jadon Sanço və Rafael Varanı heyətinə qatı və futbolçulara ödənilən maaş 19,1 faiz artaraq ümumilikdə 384,2 milyon funt-sterlinqə çatıb.

Klubun maliyyə strukturunu dəyərləndirən klubun maliyyə departamentinin menecerlərindən biri olan Kliff Bati bildirib ki, epidemiyaya görə gəlir itkisi təsiri bilet satışı ilə örtülsə də, 2021-ci ilin yayında bəzi xüsusi turnirlərdə iştirak etməyən oyunçulara və komandaya ödənilən maaş miqdarı artıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2073
avatar

Oxşar yazılar