“Mançester Yunayted” yayda hücum xəttini gücləndirəcək.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, “qırmızı şeytanlar”ın bu mövqe üçün artıq 4 namizədi var.
Bunlar Aleksander İsak (“Real Sosyedad”), Erlinq Haland (“Borussiya”, Dortmund), Lautaro Martines (“İnter”) və Patrik Şikdir (“Bayer”). Premyer Liqa təmsilçisi mövsümün sonunda bu oyunçulardan ən azı birini heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, “Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik də komandanın hücumçuya ehtiyacı olduğunu etiraf edib.