"Mançester Yunayted" və "Mançester Siti" finalda qarşılaşacaq
21 aprel 2024 21:44 (UTC +04:00)

"Mançester Yunayted" və "Mançester Siti" finalda qarşılaşacaq

“Mançester Yunayted” İngiltərə kubokunun yarımfinal matçında “Koventri”ni məğlub edib.

Lent.az xəbər verir ki, natçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.

“Mançester Yunayted”in qollarını Skott MakTominay (23-cü dəqiqə), Harri Maquayr (45+1) və Bruno Fernandes (58-ci dəqiqə) vurub. Koventri üçün Ellis Simms (71), Kallum O'Hare (79) və Hadji Rayt (90+5) vurub.

Penaltilər seriyasında “Yunayted”in futbolçuları daha güclü olub - 4:2

Finalda “Mançester Yunayted” “Mançester Siti” ilə qarşılaşacaq. Qarşılaşma mayın 25-də baş tutacaq.

# 2313
avatar

Oxşar yazılar