“Mançester Yunayted” tarixinin  ən pis transferləri   siyahısında ikincidir
02 noyabr 2023 19:29 (UTC +04:00)

“Mançester Yunayted” tarixinin ən pis transferləri siyahısında ikincidir

Britaniyanın “FourFourTwo” nəşri “Mançester Yunayted” tarixinin ən pis transferlərinin reytinqini hazırlayıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bura dünya çempionu fransalı yarımmüdafiəçi Pol Poqba da daxildir.

Reytinqdə ikinci yeri Poqba tutub. O, “Qırmızı şeytanlar” akademiyasının yetirməsidir, lakin 2012-ci ildə gənc yaşda “Yuventus”a keçib. 2016-cı ildə İtaliya klubundan 105 milyon avroya "Mançester Yunayted"ə qayıdıb və o zaman tarixin ən bahalı futbolçusu olub.

“Mançester Yunayted”ə bütün zamanların ən pis transferi 2010-cu ildə “Vitoriya Qimaraynş” dan portuqaliyalı vinger Bebenin transferi olub.
Ümumilikdə siyahıda 32 nəfər var. 

“Fourfourtwo”ya görə “Mançester Yunayted” in ən pis 10 transferi

1. 2010-cu ildə Bebe.

2. 2016-cı ildə Pol Poqba.

3. Erik Cemba-Cemba 2003-cü ildə.

4. Ralf  Miln 1988-ci ildə

5. Donni van de Bek 2020-ci ildə.

6. Aleksis Sançes 2018-ci ildə.

7. Harri Maquayr 2019-cu ildə.

8. Massimo Taibi 1999-cu ildə.

9. Ceydon Sanço 2021-ci ildə.

10. Anxel Di Mariya 2014-cü ildə.

“Mançester Yunayted” Premyer Liqanın bu mövsümündə 10 oyun keçirib və 15 xal toplayaraq turnir cədvəlində 8-ci yeri tutur.

Noyabrın 1-də Erik ten Haqın komandası İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl Yunayted”ə 3:0 hesabı ilə məğlub olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4257
avatar

Oxşar yazılar