“Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozdu
18 noyabr 2022 18:37 (UTC +04:00)

“Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozdu

“Mançester Yunayted” hücumçusu Kriştiano Ronaldo ilə müqaviləni pozub.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı superulduzun qalmaqallı müsahibəsi buna səbəb olub.

İngiltərə klubu Ronaldo ilə sözləşmənin vaxtından əvvəl ləğvi istiqamətində ilk hüquqi addımlarını atıb. “Qırmızı şeytanlar” forvardın ictimaiyyət qarşısında klubu və rəhbərliyi tənqid edərək müqavilənin şərtlərini pozduğunu düşünür. Bu səbəbdən də “Mançester Yunayted” ona təzminat ödəməməyə çalışır. Bu baş verərsə, Ronaldo 18,4 milyon avroluq təzminatdan məhrum qalacaq. Premyer Liqa təmsilçisi həmin məbləği cərimələrlə sıfırlamağı planlaşdırır.

Qeyd edək ki, Kriştiano Ronaldo son müsahibəsində “Mançester Yunayted”in ona xəyanət etdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Oxşar yazılar