“Mançester Yunayted” "Vest Hem"in müdafiəçi Harri Maquayrla bağlı təklifini rədd edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, London klubu ingilis üçün 20 milyon avro təklif etmişdilər. “Mançester Yunayted” isə dərhal imtina ilə cavab verib.
Klub daha ciddi maliyyə təklifi alacağını gözləyir. Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq kapitan sarğısını Maquayrdan alaraq Bruno Fernandeşə vermişdi. Harri ötən mövsüm 31 oyuna çıxıb. Maquayre 2019-cu ildən "Mançester Yunayted"də çıxış edir.