“Mançester Siti” Çempionlar Liqasında bütün zamanların rekordunu qırdı
24 oktyabr 2024 09:35 (UTC +04:00)

“Mançester Siti” Çempionlar Liqasında bütün zamanların rekordunu qırdı

İngiltərənin "Mançester Siti" klubu Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində Çexiyanın "Sparta"sı ilə görüşdə (5:0) darmadağından sonra tarixdə ən uzun məğlubiyyətsizlik seriyasına görə yeni turnir rekordu müəyyənləşdirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ispan mütəxəssis Xose Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" artıq 26 oyundur məğlub olmur. 90 dəqiqə ərzində məğlubiyyətsiz ardıcıl oyunlar nəzərə alınır ki, bu, turnirin pley-off mərhələsindəki görüşlərə də aiddir.

Bundan əvvəl rekord İngiltərənin digər komandasına - "Mançester Yunayted"ə məxsus idi. Şotlandiyalı baş məşqçi Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” ardıcıl 25 oyun məğlubiyyətsiz davam edib.

Keçirilən üç oyundan sonra “şəhərlilər” yeddi xal toplayıb və turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167
avatar

Oxşar yazılar