“Mançester Siti” ardıcıl 3-cü dəfə İngiltərə  çempionu   oldu
21 may 2023 00:15 (UTC +04:00)

“Mançester Siti” ardıcıl 3-cü dəfə İngiltərə çempionu oldu

“Mançester Siti” futbol klubu İngiltərə çempionatının bitməsinə bir tur qalmış çempionluq titulunu qazanıb.

Lent.az xəbər verir ki, bu, onun ən yaxın izləyicisi olan “Arsenal”ın İngiltərə Premyer Liqasının 37-ci turunun səfər matçında “Nottinqem”ə məğlub olmasından (0:1) sonra məlum olub.

"Mançester Siti" "Arsenal"ı 4 xal qabaqlamaqda davam edir.

Bu liqa çempionluğu ispaniyalı baş məşqçi Xosep Qvardiola üçün “Mançester Siti”nin baş məşqçisi kimi ardıcıl üçüncü olub. Ümumilikdə, Qvardiola klubun düşərgəsində işlədiyi müddətdə beş liqa titulunu qazanıb.

# 2748
avatar

Oxşar yazılar