Polşa çempionatında XVIII turun oyunları keçirilir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçuları Mahir Emreli və Anton Krivostsyukun komandaları bu turda üz-üzə gəlib.
Cəzalı olduğu üzündən matçı buraxan Krivotsyukun şərəfini qoruduğu Plotsk təmsilçisi “Visla” öz meydanında “Legiya”nı qəbul edib. Mahir start heyətində çıxdığı matçın 73-cü dəqiqəsində əvəzlənib. Onun komandası isə 0:1 hesabı ilə məğlub olub.
Çempionatdakı son dəfə sentyabrda fərqlənən hücumçumuzun qol həsrəti bu dəfə də davam edib. Ekstraklasada 14 qarşılaşmada 2 qola sevinən Emreli üç aya yaxındır bu rəqəmi artıra bilmir. Ümumilikdə isə forvard “Legiya”da 30 matçda 11 dəfə fərqlənib.
Qeyd edək ki, 16 oyunda cəmi 12 xal toplayan “Legiya” 18 komanda arasında sonuncu pillədədir.