Lent.az saytı xəbər verir ki, yığmamızın üzvü səfərdə “İstra”ya qarşı oynayıb.
Xorvatiya çempionatının 2-ci turunun səfər matçı Mahir üçün uğurlu alınıb. Start heyətində yer alan Emreli artıq 5-ci dəqiqədə hesabın açılmasında böyük pay sahibi olub. Onun ötürməsindən sonra İvanuşiç topu rəqib qapısından keçirib. Fasilədən sonra Mahir özü dəqiq zərbə ilə fərqlənərək, “Dinamo”nun mövsümdə ilk qələbəni qazanmasında böyük pay sahibi olub. O, 88-ci dəqiqədə yerini Petkoviçə verib.
Qeyd edək ki, Zaqreb klubu ilk turda öz meydanında məğlubiyyət acısı yaşamışdı.