Mahir Emrelinin transfer qiymətində dəyişiklik
23 mart 2022 15:32 (UTC +04:00)

Mahir Emrelinin transfer qiymətində dəyişiklik

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer qiyməti azalıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, HNL-də çıxış edən ümumilikdə 92 futbolçunun dəyərində dəyişiklik olub ki, onlardan 14-ü həmyerlimizin formasını geyindiyi Zaqreb “Dinamo”sunun üzvüdür. Maraqlıdır ki, Emreli də daxil olmaqla, “Dinamo”nun 12 oyunçusunun transfer qiymətində azalma müşahidə olunub.

Daha əvvəl 2 milyon avroya bərabər hesab olunan Mahirin indi təxmini transfer qiyməti 1,5 milyon avrodur. “Dinamo”nun ümumi dəyəri isə 97 milyon 450 min avroya düşüb.

Qeyd edək ki, “Dinamo”ya qış fasiləsində “Legiya”dan keçən Mahir Emreli Zaqreb klubunda qol hesabını hələ açmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103

Oxşar yazılar