"Vest Hem"in baş məşqçisi Devid Moyes yaxın vaxtlarda London komandasını tərk edə bilər.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.
Qeyd olunur ki, klub rəhbərliyi komandanın qeyri-qənaətbəxş nəticələrinə görə şotlandiyalı mütəxəssisə əvəzləyici axtarır.
London klubu belə davam edərsə, mövsümün sonunda Premyer Liqanı tərk edə bilər.
Yeri gəlmişkən, Moyes 2019-cu ilin sonundan "Vest Hem"ə rəhbərlik edib.