"Liverpul"un keçmiş ulduzu  Dioqo Jotanın arxiv FOTOLARI
01 dekabr 2025 16:14 (UTC +04:00)

"Liverpul"un keçmiş ulduzu Dioqo Jotanın arxiv FOTOLARI

0

Ötən yay faciəvi şəkildə vəfat edən "Liverpul"un keçmiş futbolçusu Dioqo Jotanın dul qalmış həyat yoldaşı Rute Kardozo ərinin arxiv fotolarını “Instagram” izləyiciləri ilə paylaşıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qadın Jotanın azyaşlı uşaqları ilə çəkdirdiyi təsirli şəkillərini paylaşıb. Paylaşım onların kiçik qızlarının noyabrın 26-da keçirilən ad gününə təsadüf edib. Rute həmçinin "Bütöv bir il" adlı emosional başlıq da əlavə edib.

Xatırladaq ki, Diogo Jota iyulun 2-dən 3-nə keçən gecə İspaniyada magistral yolda baş verən avtomobil qəzasında həlak olub. Onun kiçik qardaşı Andre Silva da maşında olub və o da ölüb.

Dioqo Jota "Liverpul" və "Vulverhempton"dakı çıxışları ilə tanınır. "Qırmızılar"la İngiltərə Premyer Liqasını, FA Kubokunu və İngiltərə Super kubokunu qazanıb.

Jota həmçinin Portuqaliya millisində 49 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. O, Portuqaliya millisi ilə iki dəfə Millətlər Liqasını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar