Dekabrın 22-də, Liverpuldakı “Enfild” stadionunda "Lester"lə İngiltərə Liqa Kubokunun 1/4 final oyunu keçirili.b
Lent.az xarici mediaya istinadla məlumatına görə, artıq görüşün 13-cü dəqiqəsində qonaqların Ceymi Vardinin dəqiq zərbələrindən sonra “Liverpul” 0:2 geri düşüb.
Oksleyd-Çemberlen bir neçə dəqiqə sonra hesab arasındakı fərqi azaldıb. Ancaq 33-cü dəqiqədə “Lester”in yarımmüdafiəçisi Meddison “Liverpul”un qapısına 3-cü qolu vurub.
İkinci hissədə Yurqen Klopp mübarizəni təcili xilas etməli olub və fasilədən sonra üç “təzə” oyunçunu meydana buraxıb.
Almaniyalı məşqçinin "şok terapiyası" öz nəticəsini verib. Oyunun 68-ci dəqiqəsində Dioqa Jota fərqi 2:3-ə çatdırıb.
Əlavə edilmiş 5-ci dəqiqədə isə "Liverpul"un futbolçusu Minamino fərqlənib və hesab bərabərləşib - 3:3.
Penaltilər seriyasında bəxt Yurqen Kloppun tərəfində olub - 5:4.
"Lester" turniri tərk edib, "Liverpul" isə nüfuzlu kubok uğrunda mübarizəni davam etdirəcək.