Lionel Messi Meksikaya buraxılmaya bilər
08 dekabr 2022 09:44 (UTC +04:00)

Lionel Messi Meksikaya buraxılmaya bilər

Argentina millisinin hücumçusu Lionel Messi Meksikaya səfər qadağası ilə üzləşə bilər.

Lent.az bildirir ki, bu barədə “SportBible” xəbər yayıb. 

Meksikalı siyasətçi Mariya Klemente Qarsiya Moreno 35 yaşlı argentinalıya ölkəyə girişi qadağan etmək təşəbbüsü ilə çıxış edib.

DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunun oyunundan sonra Argentina millisinin paltardəyişmə otağından video yayımlanıb. Buradan görünür ki, Messinin yanında yerdə Meksika millisinin forması var. Qələbəni bayram edən zaman hücumçu ona ayağı ilə toxunub.

Boks üzrə super orta çəkidə  dünya çempionu meksikalı Saul Alvares bu epizoda reaksiya verib. O, oyunçunu “cəzalandıracağına” söz versə də, sonradan sözlərinə görə üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Oxşar yazılar