Levandovski "Barselona"nı tərk edir
05 dekabr 2023 11:30 (UTC +04:00)

Levandovski "Barselona"nı tərk edir

“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya klubunu tərk edə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, “blauqrana” bu yay 35 yaşlı futbolçunu satmağı düşünə bilər. Əvvəlki transfer pəncərəsində Levandovski ilə Səudiyyə Ərəbistanı klubları maraqlanıb.

15 turdan sonra “Barselona” İspaniya çempionatının turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider “Real Madrid”dən 4 xal geri qalır.

Bu mövsüm Robert Levandovski bütün yarışlarda 17 matçda iştirak edib, səkkiz qol və dörd məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9819
avatar

Oxşar yazılar