La Liqanın sonuncu komandasına yeni baş məşqçi  təyin edildi
09 oktyabr 2024 15:46 (UTC +04:00)

La Liqanın sonuncu komandasına yeni baş məşqçi təyin edildi

Dieqo Martines "Las-Palmas"ın yeni baş məşqçisi olub. 

Lent.az-ın xarici KİV-ə istinadla bildirdiyinə görə, klubun mətbuat xidməti xəbər verir ki, tərəflər 2025-ci ilin yayına qədər müqaviləni bir mövsüm uzatmaq imkanı ilə imzalayıblar.

“Las-Palmas”da Martines bir gün əvvəl qovulan Luis Karrionu əvəz edib. Hesabında 3 xal olan və heç bir qələbəsi olmayan komanda La Liqanın turnir cədvəlində 9 turdan sonra sonuncu, 20-ci pillədə qərarlaşıb.

Martinesin son iş yeri 2023-cü ilin iyulundan dekabrına kimi rəhbərlik etdiyi “Olimpiakos” olub. 43 yaşlı mütəxəssis buna qədər "Espanyol", "Qranada", "Osasuna" və digər klublarda çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378
avatar

Oxşar yazılar