"Real"ın hücumçusu Kərim Benzema əcnəbi futbolçular arasında La Liqada keçirdiyi oyunların sayına görə dördüncü yerdədir.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Benzemanın het-trik etdiyi 32-ci turun “Almeriya”ya qarşı oyunu (4:2) fransız üçün İspaniya çempionatının yüksək divizionunda 436-cı olub. O, keçmiş komanda yoldaşı Marselonun nəticəsini təkrarlayıb və onunla liqa tarixində dördüncü yerdədir.
Yalnız üç əcnəbi futbolçu La Liqada daha çox oyun keçirib: fransız Antuan Qrizmann (453), braziliyalı Donato (466) və argentinalı Lionel Messi (520).