La Liqa FİFA-nı məhkəməyə verdi
17 yanvar 2023 11:32 (UTC +04:00)

La Liqa FİFA-nı məhkəməyə verdi

0

La Liqa rəhbərliyi Beynəlxalq Futbol Federasiyasına (FIFA) qarşı İdman Arbitraj Məhkəməsində (CAS) iddia qaldırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, buna səbəb klublararası dünya çempionatının formatının dəyişdirilməsi, yəni 2025-ci ildən turnirdə 32 komandanın iştirakı olub. İspaniya çempionatının liderlərinin fikrincə, FİFA futbol ekosisteminə əhəmiyyət vermir.

İlk klublararası dünya çempionatı 2000-ci ildə keçirilib. Kubokun hazırkı sahibi “Çelsi”dir. Turnirdə ən çox “Real Madrid” dörd qələbə qazanıb.

2023-cü ildə Klublararası Dünya Çempionatı fevralın 1-dən 11-dək Mərakeşdə keçiriləcək. Burada altı qitə konfederasiyasının ən yaxşı klubları, həmçinin Mərakeşin yüksək futbol divizionunun çempionu çıxış edəcək. İspaniya çempionatını “Real Madrid” təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2120

Oxşar yazılar