Hollandiya Kral Futbol İttifaqının mətbuat xidməti Ronald Kumanın yenidən millinin baş məşqçisi olduğunu açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin sözlərinə görə, 59 yaşlı mütəxəssislə "narıncılar"ın əməkdaşlığı 2026-cı il dünya çempionatına qədər hesablanıb.
Xatırladaq ki, Kuman daha əvvəl, 2018-2020-ci illərdə Hollandiya millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda 11 qələbə qazanıb, beş dəfə heç-heçə edib və dörd dəfə məğlub olub.
2021-ci ilin oktyabrında Kuman "Barselona"nın baş məşqçisi vəzifəsindən istefa verib. O vaxtdan bəri işsizdir.