Kriştiano Ronaldo SƏRVƏT İSTƏDİ: “Yuventus”da  çaxnaşmaya səbəb oldu
05 dekabr 2022 19:54 (UTC +04:00)

Kriştiano Ronaldo SƏRVƏT İSTƏDİ: “Yuventus”da çaxnaşmaya səbəb oldu

Qətərin ev sahibliyi etdiyi 2022-ci il dünya çempionatında Portuqaliya millisinin heyətində çıxış edən Kriştiano Ronaldo ilə bağlı bomba iddia ortaya atılıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 37 yaşlı ulduz futbolçunun keçmiş klubu "Yuventus"dan sərvət istədiyi iddia edilir. İtaliya mətbuatındakı xəbərlərdə Kriştiano Ronaldonun istədiyi məbləğ açıqlanıb.

Ronaldo sərvət tələb etdi

2022-ci il dünya çempionatında Portuqaliya millisinin forması ilə mübarizə aparan Kriştiano Ronaldo ilə bağlı sürpriz hadisə yaşanıb. 37 yaşlı ulduzun keçmiş klubu "Yuventus"la əlaqə saxladığı yazılıb. İtaliya mətbuatında Kristiano Ronaldonun qərarının “Juventusda” ciddi çaxnaşmaya səbəb olduğu iddia edilir.

117 milyon avroya getdi

"Yuventus" 2018-2019 mövsümünün əvvəlində Kriştiano Ronaldonu transfer etmək üçün 117 milyon avro ödəyib. Təcrübəli futbolçunun Turin macərası 3 il davam edib. Kriştiano Ronaldo "Yuventus"un heyətində 134 oyunda meydana çıxmaq şansı qazanıb. 37 yaşlı hücumçu bu müddətdə 101 qol vurub və 22 məhsuldar ötürmə edib.

Ronaldonun “Yuventus” rəhbərliyi ilə 19 milyonluq razılaşması

Kriştiano Ronaldo, 2020-ci ildə COVID-19 pandemiyası səbəbiylə oyunların dayandırıldığı zaman "Yuventus"dan alacağı təxminən 19 milyon 900 min avroluq ödənişi təxirə salıb. Kriştiano Ronaldo ilə "Yuventus"un rəhbərliyinin 19 milyon 900 min avronu sonra ödəməyə razılaşdığı bildirilir.

“Mançester Yunayted”dən ayrıldı, pulunu istədi

İtaliya mətbuatında yayılan xəbərdə “Mançester Yunayted”lə müqaviləsi başa çatan Kriştiano Ronaldonun gözlənilməz hərəkət etdiyi bildirilir. Portuqaliyalı futbolçunun "Yuventus"dan alacağı 19 milyon 900 min avronun ödənməsini istədiyi qeyd edilib. Digər tərəfdən, Kriştiano Ronaldonun bu vəziyyətə görə hüquqi yardım aldığı bildirilib.

Aqnelli və rəhbərlik istefa verib

Seriya A nəhəngində prezident Andrea Aqnelli və idarə heyəti üzvləri bu yaxınlarda istefaya qərar veriblər. İstefalara səbəb kimi Turin klubunun futbolçu transferləri ilə haqsız qazanc əldə etdiyi iddiası ilə aparılan “Prizma” araşdırması göstərilib. Bu hadisələrdən sonra UEFA FFP-ni pozduğu üçün "Yuventus"a qarşı araşdırma başlandığını açıqlayıb. Bu vəziyyətdə Kriştiano Ronaldona borcun da təsirli olduğu qeyd edilib.

Kriştiano Ronaldo bu mövsüm müqaviləsi ləğv olunana qədər "Mançester Yunayted"in heyətində 16 oyun keçirib. 37 yaşlı futbolçu bu oyunlarda 3 dəfə rəqib qapısına yol tapın. Kristiano Ronaldo komanda yoldaşlarına 2 qol ötürməsi edib. Portuqaliyalı ulduzun Mançesterdəki lüks avtomobilləri Lissabona aparılıb.

# 2721
avatar

Oxşar yazılar