Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunan Kriştiano Ronaldoya böyük “səlahiyyət” verilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, futbolçu “Əl-Nasr”da baş məşqçi dəyişikliyinə təsir etmək imkanı əldə edəcək.
Qeyd edək ki, Ronaldo Səudiyyə Ərəbistanından olan klubla 2025-ci ilin yayına qədər müqavilə imzalayıb və illik 200 milyon avro alacaq.
Hazırda “Əl-Nəsr”i Rudi Qarsiya çalışdırır, onun rəhbərliyi altında klub ölkə çempionatında liderdir.