Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra ATF-in İdarə Heyətinə yeni seçki keçirilib. 1999-cu ildən federasiyanın prezidenti vəzifəsini icra edən Kəmaləddin Heydərov yenidən qurumun rəhbəri seçilib. O, növbəti 4 ildə də ATF-ə başçılıq edəcək.