Keçmiş imam  KLUB PREZİDENTİ seçildi
18 dekabr 2022 09:31 (UTC +04:00)

Keçmiş imam KLUB PREZİDENTİ seçildi

Superliqa komandalarından “Yukatıl Kayserispor”un seçkilərində yeganə namizəd olan keçmiş imam Əli Çamlı yeni prezident olub.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Kadir Has Konqres və Mədəniyyət Mərkəzində keçirilən fövqəladə seçkilərdə “Kayserispor”un 795 milyon türk lirəsi borcu olduğu açıqlanıb.

Daha əvvəl “Kayserispor”un vitse-prezidenti vəzifəsində çalışan Əli Çamlı Super Liqa komandasının yeni prezidenti olub.

"Kayserispor" prezidenti Berna Gözbaşı, Spor Toto Super Liqanın 14-cü həftəsində “Konyaspor”a 2-1 uduzduqdan sonra "Bu klubun yaşaması üçün əlimdən gələn bütün imkanları etdim, amma bu nöqtədə klub üçün edə biləcəyim çox şey qalmadı", - deyərək  növbədənkənar seçkilərin keçirilməsinə qərarı qəbul edildiyini deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956
avatar

Oxşar yazılar