Dünya çempionu olan Fransa yığmasının və İtaliya çempionu "Milan"ın hücumçusu Olivye Jirunun dünya çempionatının finalında iştirakı şübhə altındadır.
Lent.az bildirir ki, bu barədə “L'Equipe” xəbər verir.
36 yaşlı futbolçu Argentina ilə oyunda ehtiyat oyunçular skamyasında qalmasına səbəb ola biləcək diz problemindən əziyyət çəkir.
Fransa millisinin baş məşqçisi Didye Deşam bugünkü məşqdə Jiru əvəzinə Mönhenqladbax "Borussiya"sının 25 yaşlı hücumçusu Markus Tyuramdan istifadə edib.
Argentina və Fransa yığmaları arasında dünya çempionatının finalı dekabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.