Azərbaycanı təmsil edən atlet İtaliyada zədələnib.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyi idmanının “downhill” növü üzrə yarışı zamanı beynəlxalq xizək yarışlarında təmsilçi olan atlet İlya Kostovun ayağı sınıb. Aldığı zədə səbəbindən idmançı mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.
Zədələnmədən bir gün öncə atlet İtaliyanın Pila kurortunda FIS təqvimindən keçirilən yarışda xüsusi slalom növündə 7 ölkədən olan 105 idmançı arasında 8-ci, öz yaş qrupunda isə 3-cü yerə sahib olub.