Simone İndzaqi
03 iyun 2021 17:11 (UTC +04:00)

Simone İndzaqi

İtaliya çempionu yeni baş məşqçini təqdim etdi

Simone İndzaqi Milanın “İnter” klubunun baş məşqçisi təyin olunub.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 45 yaşlı italiyalı mütəxəssis İtaliya çempionu ilə 2 illik müqavilə imzalayıb. 

İndzaqi bu günlərdə 2016-cı ildən baş məşqçisi olduğu “Latsio”nu tərk edib. O, “İnter”in baş məşqçi postunda digər italiyalı mütəxəssis Antonio Konteni əvəz edib. 
 

# 1653
avatar

Oxşar yazılar