İsveçli hokkeyçi qız Rusiyada  araq içməyə   necə məcbur edilib?
26 dekabr 2022 19:19 (UTC +04:00)

İsveçli hokkeyçi qız Rusiyada araq içməyə necə məcbur edilib?

2011/12 mövsümündə İsveç millisinin keçmiş qapıçısı Moskva vilayətinin "Tornado" komandasında çıxış edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, Rusiyada yaşamaq çox xüsusi təcrübə idi. 

“Hokkey baxımından yaxşı bir il idi, lakin bir çox cəhətdən tamamilə yeni bir dünya idi.

Bir dəfə zədələnəndə mənə iynə vurmaq istədilər. Şprisin içində nə olduğunu bilmədim və imtina etdim.

Klub direktoru ilə araq içməyə məcbur edilirdik. İçki çox idi və imtina etmək tərbiyəsizlik sayılırdı. Gah içdim, gah da hiss etmədən onu tökürdüm. Biz qalib gəldiyimiz vaxtlarda belə olurdu. Klub direktoru və ya sponsorlarla.

Amma onu da deyim ki, tanış olduğum sadə ruslar çox mehriban və gözəl insanlar olublar”, - Hasson Expressen deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Oxşar yazılar