İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin mümkün gedişindən sonra onu Tomas Tuxel, Maurisio Poçettino və ya Brendan Rocers əvəzləyə bilər.
Lent.az bildirir ki, bu barədə “The Guardian” məlumat yayıb.
İngiltərə yığması dünya çempionatının ¼ finalında Fransaya 1:2 hesabı ilə məğlub olaraq yarımfinaldan kənarda qalıb. Qaret Sautqeyt hələ ki milli komandaya rəhbərlik etdiyi müddətlə bağlı qərar verməyib. Onun federasiya ilə müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir. Mənbənin sözlərinə görə, İngiltərənin futbol rəhbərliyi mütəxəssisdən müqabilə müddətində millinin baş məşqçisi postunda qalmasını istəyir.
Xatırladaq ki, İngiltərə millisinin mundialdan kənarlaşdıran fransızlar yarımfinalda Mərakeşlə qarşılaşacaq. Digər yarımfinalda isə Argentina və Xorvatiya yığmaları qarşılaşacaq.