İspaniya  klubları kasıblaşıb?   Transferə daha az xərcləyiblər
02 fevral 2023 17:22 (UTC +04:00)

İspaniya klubları kasıblaşıb? Transferə daha az xərcləyiblər

Futbol üzrə İspaniya çempionatının klubları, deyəsən, maliyyə qənaətinə keçiblər. 

Lent.az bildirir ki, “Diario Sport”un xəbərinə görə, La Liqa təmsilçiləri bu qış transferlərə cəmi 28,2 milyon avro xərcləyib. 

La Liqa klubları Avropanın ən yaxşı 5 liqası arasında transferlərə daha az pul xərcləyib. Məsələn, qışda Premyer Liqada 643,8 milyon avroya, Fransa Liqa 1-də 117,9, Bundesliqada 68,3, A seriyasında 28,8 futbolçu alınıb.

Hətta Argentina və MLS çempionatının klubları transferlərə daha çox xərcləyib - müvafiq olaraq 34 və 58 milyon avro.

Qeyd edək ki, 2023-cü ilin yanvarında Premyer Liqada son 8 transfer pəncərəsində İspaniya La Liqasında olduğu qədər pul xərclənib.

Qış transfer pəncərəsində İspaniya çempionatında ümumilikdə 58 futbolçu alınması baş tutub. Ancaq bunların hamısı o qədər əhəmiyyətsiz olub ki, hətta Viktor Sıqankovun “Jirona”ya transferini ən bahalı üçlüyə daxil etməyə imkan verib.

Xatırladaq ki, kiyevli vinger kataloniyalılara cəmi 5 milyon avroya başa gəlib. Ən çox xərcləyən “Espanyol”dur (13,2 milyon avro), ikinci yerdə Betisdir (7 milyon), üçüncü yerdə isə "Jirona"dır.

Daha əvvəl qış transfer pəncərəsində transferlərə ən çox pul xərcləyən Londonun “Çelsi” klubunun olduğu açıqlanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710
avatar

Oxşar yazılar