“İnter”in futbolçusundan  fantastik   qol -  VİDEO
13 noyabr 2023 18:26 (UTC +04:00)

“İnter”in futbolçusundan fantastik qol - VİDEO

"İnter"in sol kənar müdafiəçisi Federiko Dimarko İtaliya çempionatının 12-ci turunda "Frozinone" ilə oyunda gözəl qola imza atıb.

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, 43-cü dəqiqədə Henrix Mxitaryandan ötürmə alan Dimarko, daha sonra sol yan xətdən az qala meydanın ortasından mükəmməl zərbə endirib. Top möhtəşəm şəkildə bir az irəli addımlayan “Frozinone”nin qapıçısı Stefano Turatinin üzərindən keçərək qapıya girib.

26 yaşlı Dimarko üçün bu mövsümdə klubda keçirdiyi 14 oyunda ikinci qoldur. Nəticədə meydan sahibləri 2:0 hesabı ilə inamlı qələbə qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3879
avatar

Oxşar yazılar