“İnter” “Cenoa”nın hücumçusu Felipe Kaysedoya elçi düşüb.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, A seriyası çempionu onu çilili forvard Aleksis Sançesə alternativ qismində görür.
Sançes yanvarda komandanı tərk edərsə, “neradzurra” boşluğu ekvarodlu ilə doldurmağa çalışacaq. “İnter”in baş məşqçisi Simone İnzagi vaxtilə “Latsio”da rəhbərliyi altında çıxış edən 33 yaşlı hücumçunu yenidən sərəncamında görmək fikrindədir.
Qeyd edək ki, “Cenoa”ya bu ilin yayında “Latsio”dan keçən Felipe Kaysedo cari mövsüm 5 oyunda 1 qol vurub.