İtaliyanın vitse-çempionu "İnter" bosniyalı hücumçu Edin Dzeko ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə,
36 yaşlı futbolçunun hazırkı müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb. Milan klubu Edin Dzeko ilə əməkdaşlığı 2024-cü ilin iyununa qədər uzatmaq istəyir.
Dzeko bu mövsüm "İnter"in heyətində 22 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə edib.